Alimlər xərçəng xəstəliyi ilə mübarizə məqsədilə nanorobot yaradıblar
Alim Pak Çae Henin rəhbərliyi altında işləyən Cənubi Koreyadan olan mütəxəssislər qrupu xərçəng xəstəlikləri ilə mübarizədə yeni texnologiya icad ediblər. Onların fikrincə, nə şüalanma, nə də kimyaterapiya deyil, məhz onlar tərəfindən yaradılmış unikal robot xərçəng şişinə qalib gələcək.
“Fareast Gizmos” portalı yazır ki, xərçəng şişini məhv edəcək yeni nanorobotun yaradılmasında Cənubi Koreyanın Sonqyunqvan Universitetinin əməkdaşları iştirak ediblər. Onlar tərəfindən hazırlanmış mikroskopik həllin özəlliyi onun işləmə prinsipindədir, belə ki, yalnız xərçəng hüceyrələri ilə mübarizə məqsədi ilə deyil, həm də insanın sağlam hüceyrələrinin müdafiəsi nəzərdə tutulub.
“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən yazır ki, nanorobot xərçəng şişinə "qida" kimi görsənir. Xərçəng şişi “qida”nı udduqdan sonra nanorobot artıq onun daxilində hərəkət edərək şişin strukturunu məhv etməyə başlayır. Məhz bu yanaşma müalicə prosesində sağlam hüceyrələrin zədələnməsi riskini azaltmağa imkan verir.
Xərçəng hüceyrələrini məhv edən robotun yaradılmasında iştirak etmiş mütəxəssislər qeyd ediblər ki, indiki mərhələdə nanorobot yalnız dəri xərçənginin müalicəsində istifadə üçün yararlıdır. Bu, artıq çox yaxşı nəticədir. Gələcəkdə nanorobotun onkologiyanın başqa sahələrində tətbiqinə yararlı modifikasiyalarının yaradılması planlaşdırılır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL