waplog

“Elektron imza” ilə imzalanan sənədin yararlı olub-olmadığını, kim tərəfindən və nə vaxt imzalandığını necə öyrənmək olar?


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan yeni proqram vasitəsilə artıq elektron imza ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını müəyyən etmək mümkündür.
 

"Edoc yoxlayıcı" adlanan proqram ,".edoc" formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək  üçün nəzərdə tutulub. Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər ".edoc" formatında olur.





















Proqramdan necə istifadə etməli?
 

"www.e-imza.az" veb səhifəsinə daxil olub menyudan "Edoc Yoxlayıcı" bölməsini seçin.

"Faylı seçmək" düyməsi ilə yoxlamaq istədiyiniz ".edoc" formatlı sənədi (elektron imza ilə imzalanmış) yükləyin, "Yoxla" düyməsi ilə əməliyyatı davam etdirin.
 

 

 






























Göründüyü kimi, sadəcə, 2 mərhələdə elektron imzalı sənədin strukturunu yoxlamaq mümkündür.
 

"Edoc yoxlayıcı" xüsusən də təşkilatların işini asanlaşdıracaq
 

Xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. "E-imza" xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə "Edoc" sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər. Xüsusən vurğulamaq lazımdır ki, bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə "Windows" əməliyyat sistemində deyil, həmçinin, "Linux" və "Mac" əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.
 

Bu xidmət, həmçinin, "Elektron hökumət" portalına (www.e-gov.az), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi xidmətlər arasına əlavə olunub. Portal üzərindən xidmətdən istifadə etmək üçün bütün xidmətlər bölməsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri arasından "Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması" elektron xidmətini seçin. İstifadə qaydaları isə eynilə yuxarıda (www.e-imza.az) təsvir olunduğu kimidir.
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL