“Elektron hökumət” portalında daha bir yenilik
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin daha iki elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi.
1. Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün müraciətin və sənədlərin qəbulu;
2. Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu;
Hər iki xidmətdən istifadə etmək istəyən hüquqi və fiziki şəxslər e-imza sertifikatı ilə www.e-gov.az portalına daxil olub Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi xidmətlər siyahısından uyğun olan xidməti seçməlidir.
Müvafiq xidməti seçdikdən sonra təqdim olunan blankistifadəçi tərəfindən tamamlanır, ərizə forması yüklənərək doldurulur və tələb olunan sənədlərin surəti ilə birlikdə elektron formada Nazirliyə göndərilir. 15 gün ərzində istifadəçinin seçdiyi xidmət üzrə
1. Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələri və aktlar bağlanır.
2. Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı aparılır.
Beləliklə, Mədəniyyət və Turizm Nazirliyi "Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərinin sayı 15-ə çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin "Elektron hökumət" portalına inteqrasiya ediləcək xidmətlərinin sayı 17-yə çatdırılmalıdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL