waplog

Baş-beyin siqnallarını yazan hibrid bioloji neyroçip hazırlanıb


İnsan beyini hələ də axıradək yaxşı öyrənilməyib. Neyronların quruluşunu və işini anlamaq, hissiyyat orqanlarının, yaddaşın, qavrayışın necə işləməsini bilmək üçün milyonlarla əsəb hüceyrəsinin eyni anda işləməsinin, onların toplanmasının və tam beyin neyroşəbəkəsinin qeydiyyatını aparmaq tələb olunur. Bu siqnalların yazılması üçün çoxlu texnologiyalar mövcud olsa da, ən təsirlisi elektrodların “birbaşa qoşulmasıdır”. Bu yanaşmanın mənfi xüsusiyyəti ondan ibarətdir ki, belə qoşulma qeyri-sabitdir və maksimum bir neçə dəqiqədən sonra kənar element ayrılır və nəticədə siqnalın qəbulu dayanır. Lakin tezliklə baş-beyin fəaliyyətinin tədqiqi üzrə işlər əsəb hüceyrəsinin altına yerləşdirilə bilən xüsusi çipin kəşfi sayəsində yeni səviyyəyə daxil ola bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, texnologiya əsəb hüceyrəsindən ayrılmamaqla yanaşı, öz analoqlarından daha həssas hibrid neyroçip hazırlayan Kalqari Universitetinin tədqiqatçıları tərəfindən icad edilib. Çipi hibrid edən onun quruluşudur, çünki onun əsasını biouyğunluq təşkil edir. Başqa sözlə, çiplə birləşən baş-beyin hüceyrələri onu öz tərkib hissəsi kimi qəbul edir ki, bu da birləşməyə stabil qalmağa imkan verməklə yanaşı, perspektivdə ikitərəfli məlumat mübadiləsinə şərait yaradır.
 
Mütəxəssislər Noid Səid və Pyer Vicdanın sözlərinə görə, yeni çipin həssaslığı digər oxşar neyroçiplərin həssaslığını 15 dəfə üstələyir. “Bizim icad etdiyimiz çip əsəb hüceyrələrinin siqnallarını hesablamağa, onları gücləndirməyə və beyinin fəaliyyəti barədə məlumatı əvvəllər mümkün olandan daha yüksək təsvir ölçüsündə əldə etməyə imkan verir. Əsəb hüceyrələrinin fəaliyyətinin təsvirinin uzun müddət ərzində yazılması bizə çox aşağı templərlə baş verən dəyişiklikləri izləməyə imkan verir. Bu isə öz növbəsində bizə bəzi neyronların niyə görə hamısı ilə deyil, yalnız müəyyən neyronlarla əlaqə yaratmasını müəyyənləşdirməyə imkan verəcək”, - alimlər bildiriblər.
 
Hazırda neyroçipin laboratoriya heyvanları üzərində uğurlu sınaqları aparılır. Sınaqların tam uğurlu olacağı təqdirdə insan üzərində bir sıra eksperimentlər başlanması gözlənilir, lakin bu halda texnologiya tamamlanma tələb edəcək, çünki insan neyronlarının göndərdiyi siqnallar eksperimental heyvanların siqnallarından zəifdir. Bu səbəbdən daxil olan siqnalı gücləndirmək lazım olacaq. Alimlərin sözlərinə görə, onlar eksperimentlərlə kifayətlənmək fikrində deyillər.
 
“Bizim neyoçipdən gələcəkdə müxtəlif nevroloji xəstəliklərdən əziyyət çəkən xəstələr üçün fərdi müalicə üsulları hazırlamağa kömək edəcək alət kimi istifadə edilə bilər”, - universitet tədqiqatçıları vurğulayıblar.  
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL