2015-ci ildə bərpa olunan elektrik enerjisinin payı ilk dəfə kömür stansiyalarında hasil olunan enerjinin payını ötüb
Beynəlxalq Energetika Agentliyinin hesabatına əsasən, 2015-ci ildə bərpa olunan mənbələrdən hasil edilən elektrik enerjisinin payı kömür stansiyalarında ənənəvi üsulla hasil edilmiş enerjidən yüksək olub. Bu, tarixdə ilk belə hadisədir və ötən il bərpa olunan enerji hasilinin ümumi həcmi 150 qiqavatt təşkil edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, ekspertlər hesab edirlər ki, 2021-ci ilə planetdə bərpa olunan elektrik enerjisinin payı 42%-dək artacaq, Hindistan və Çin bu sahədə liderliyi ələ keçirəcəklər. Ekoloji elektrik enerjisinin istehsal qiyməti azalıb, mütəmadi daha ucuz və səmərəli günəş panelləri istehsal etməyə imkan verən yeni həllər meydana çıxır, son 5 ildə günəş enerjisi 30% ucuzlaşıb. Külək elektrik stansiyaları, həmçinin daha səmərəli olub. Onların köməyi ilə hasil edilmiş elektrik enerjisinin dəyəri bir neçə il sonra 15%, günəş enerjisinin qiyməti isə 30% ucuzlaşacaq.
Ötən il günəş panellərinə olan tələbatın xeyli artması müşahidə edilib, bu halda günəş elektrik stansiyalarının quraşdırılma dəyəri, həmçinin 33% azalıb. “Bloomberg” nəşrinin hesabatına əsasən, 2040-cı ilə günəş və külək elektrik stansiyaları tərəfindən dünyada ən ucuz elektrik enerjisi istehsal ediləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL