waplog

Pilotsuz uçan aparatlar evləri və torpaq sahələrini qoruma funksiyasını yerinə yetirəcəklər


Hərbçilər artıq uzun müddətdir sərhəddə müşahidə aparmaq üçün pilotsuz uçan aparatlardan istifadə edirlər. İndi "Sunflower Labs" şirkəti dron və günəş batareyalarının köməyi ilə ev və torpaq sahələrinin etibarlı qorumasını təmin etmək niyyətindədir. Şirkət tərəfindən hazırlanmış təhlükəsizlik sistemi istifadəçinin xüsusi mülkiyyətini daima izləməyə imkan verən "ağıllı" kameralarla təchiz edilmiş pilotsuz uçan aparatlar və ərazinin perimetri üzrə "ağıllı" sensorlardan birgə istifadəyə əsaslanır.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, "ağıllı" sensorlar torpağa basdırılmış adi bağ fənərləri formasındadırlar. Fənərlər 10-dan çox müxtəlif detektora malikdirlər və sonuncuların sayəsində sistemin hər bir ayrı elementi digərləri ilə əlaqə saxlayaraq təhlükəsizliyin pozulub-pozulmadığını yoxlaya bilər. Sensorlar hərəkət, vibrasiya və səsə reaksiya verir. Sistem potensial təhlükə mənbəyini aşkar edən kimi öz sahibini məlumatlandırır və o, dronun kamerasının köməyi ilə nə baş verdiyini öyrənə bilər.

Qeyd edək ki, dronlar naviqasiya funksiyasını həyata keçirən "ağıllı" sensorların sayəsində pozuntu aşkar edilmiş yerə doğru hərəkət edirlər. Bundan sonra pilotsuz uçan aparat real vaxt rejimində təsviri sahibinin mobil qurğusuna translyasiya etməyə başlayır.

Hazırda "Sunflower Labs" şirkəti öz rəsmi saytı vasitəsilə sözügedən sistemə ilkin sifarişləri qəbul edir. Pilotsuz uçan aparat nəzərdə tutulmayan versiyanın dəyəri 159 dollar, pilotsuz uçan aparatla təchiz edilmiş versiyanın dəyəri isə 799 dollar təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL