waplog

Cəbhəyanı regionlar üzrə "Elektron hökumət" mövzusunda seminarlar yekunlaşıb


Cəbhəyanı regionlarda yaşayan vətəndaşlar üçün 2016-cı ilin oktyabr-noyabr aylarında "Elektron hökumət" mövzusunda təşkil olunmuş seminarlar başa çatıb.

21-22 oktyabr tarixlərində Bərdə və Tərtər rayonlarında start verilən layihə, 4-5 noyabr tarixlərində Ağdam və Goranboyda keçirilən seminarlarla yekunlaşıb.

"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, Yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirak etdiyi seminarlara ümumilikdə 300-dən artıq yerli sakin qatılıb.

Seminarlarda şəffaf sosial münasibətlərin qurulmasında elektron xidmətlərin rolundan danışılıb, vahid xidmət məkanı olan "Elektron hökumət" portalının fəaliyyəti və gələcək prioritetləri barədə məlumat verilib. Məlumat Hesablama Mərkəzinin mütəxəssisi portal vasitəsilə təqdim olunan 418 xidmət üzrə ən çox müraciət olunan xidmətlərdən danışıb.

Seminar zamanı müxtəlif məzmunlu arayışların elektron şəkildə əldə edilməsi əhali tərəfindən yüksək qiymətləndirilib. Portalın "Fikir Bankı", "Əks-Əlaqə" və "Onlayn Konsultasiya" kimi köməkçi funksiyaları barədə seminar iştirakçıları məlumatlandırılıb. 

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.










NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL