Yüksək Texnologiyalar Parkında “Startapların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilib
Yüksək Texnologiyalar Parkında "Startapların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları" mövzusunda seminar keçirilib.
Tədbirdə startap şirkətlərin nümayəndələri ilə yanaşı, Bakı Fond Birjasının (BFB) üzvü olan investisiya şirkətləri və özəl sektor təmsilçiləri də iştirak edib.
Seminarda "Borsa İstanbul"un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün öz çıxışında "Startap şirkətlərinin maliyyələşmə yolları", "Şirkətin dəyərləndirilməsi və bazarda dəyər qazanması", "Kapital bazarları vasitəsilə maliyyə cəlbi" və "İPO-ya hazırlıq" kimi mövzulara toxunub, öz bilik və təcrübələrini seminar iştirakçıları ilə bölüşüb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və qarşılıqlı diskussiya şəklində davam edib.
BFB-nin üzvü olan investisiya şirkətlərinin nümayəndələri startaplarla bağlı müxtəlif layihələr çərçivəsində əməkdaşlığın faydalı ola biləcəyini qeyd ediblər.
Tədbirin sonunda Yüksək Texnologiyalar Parkı və Bakı Fond Birjası arasında əməkdaşlığa dair sənəd imzalanıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL