waplog

İndi “Skype” xidmətindən qeydiyyatsız istifadə mümkündür


İndi bir çox onlayn xidmətlər və veb saytlar qeydiyyatsız istifadəçilərin öz  imkan və funksiyalarından istifadəsinə icazə vermirlər. Ancaq son zamanlar bəzi nəhəng şirkətlər bu qaydadan imtina edirlər. Məsələn, “Facebook” şirkəti öz müştərilərinə “Messenger”dən qeydiyyatsız istifadə imkanı yaradıb. İndi “Microsoft” şirkətinə məxsus “Skype” xidmətində də belə addım atılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, indi “Skype” xidmətində ünsiyyət saxlamaq üçün istifadəçilərin veb versiyanı açaraq qonaq kimi daxil olması kifayətdir. Bundan sonra mətn mesajları ilə mübadilə etmək, səsli və videozənglər etmək mümkün olacaq.

Ancaq istifadəçi “Skype” xidmətinə öz hesabı ilə daxil olmadıqda mesajların tarixçəsi bir gün saxlanılır.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL