Daxili orqanların diaqnostikası üçün daşınan sensor təqdim edilib
Müasir materialşünaslığın əsas istiqamətlərindən biri forması müvəqqəti tatuirovkaya uyğun gələn miniatür elastik interfeyslərdir. Belə interfeyslər aşağı sıxlıq və elektrik müqaviməti hesabına, məsələn, dərinin keçiricilik qabiliyyətini ölçmək üçün onun üzərinə yerləşdirilə bilər. Ancaq belə "tatuirovka"ların mexaniki akustik xüsusiyyətləri az öyrənilib. Səsi qeydə almağa imkan verən prototiplərin ölçüsü böyük və lazımi həssaslığa malik deyildi.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, İllinoys Universitetinin alimləri yeni daşınan sensor tipi təqdim ediblər. Datçikin qalınlığı 20 m, çəkisi 213,6 qr-dır və üfüqi səthdə 25% dartıla bilər.
Birinci mərhələdə sensor bədənin müxtəlif hissələrində (boyun, sinə və qarın) yoxlanılıb. Məlum olub ki, sensor ürək klapanlarının açılıb-bağlanması kimi, yuxu arteriyasında qanaxma, səs tellərinin vibrasiyası və hətta mədə-bağırsaq traktının aktivliyi kimi parametrləri qeydə ala bilir.
Sistem, həmçinin "insan-kompüter" interfeysinin elementi kimi sınaqdan keçirilib. Xirtdəyə yerləşdirilmiş sensorun köməyi ilə könüllü “Pac-Man” oynayan zaman kompüterə səs komandaları göndərə bilib. Bu halda sözlərin tanınmasının dəqiqliyi 90% təşkil edib. Alimlərin sözlərinə görə, əlavə avadanlıqdan istifadə və daha geniş buraxılış zolağı hesabına göstəricini yaxşılaşdırmaq olar. Yuxarıda təsvir edilmiş səsin tanınması üsulu başqa analoji sistemlərdə də istifadə oluna bilər. Məsələn, dron və bioprotezlərin idarəetməsində.