waplog

“URABat” alümin akkumulyatorları 1 dəqiqəyə enerji toplayacaq


Son bir neçə ildə müxtəlif alim və şirkətlər dəfələrlə akkumulyatorlar dünyasında inqilab baş verməsini bəyan ediblər. Fiziki ölçüləri saxlamaqla batareyaların tutumunu artırmağa imkan verən çoxlu texnologiyalar təqdim edilsə də, inqilabi həllərdən heç biri kütləvi istehsal və kommersiya qurğuları mərhələsinə çata bilməyib. Növbəti perspektivli texnologiya "ITRI" tədqiqat şirkəti və Stenford Universiteti tərəfindən təqdim olunub. Onlar 1 dəqiqəyə tam enerji toplaya bilən və 10 min dəfədən çox enerji toplama silsiləsinə dözən çox sürətli alümin "URABat" akkumulyator batareyası kəşf ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, batareyanın kulon effektivlik göstəricisi istismar müddətində 98 faiz təşkil edir. Bu isə o deməkdir ki, belə batareya öz tutumunu yalnız 10 min dəfə enerji toplayandan sonra itirməyə başlayır. Həmçinin akkumulyatorda fiziki zədələmələr zamanı partlamayan qrafit və alümindən istifadə edilməsi əhəmiyyət daşıyır. Bundan başqa, belə akkumulyatorlar kağız kimi elastikdir və qiyməti litium-ion batareyalarla müqayisədə iki dəfə ucuzdur.

Alimlərin sözlərinə görə, əksər müasir akkumulyatorlar litium-ion akkumulyatorlardır. Bununla belə, litiumun tədarükü məhduddur, bahadır və kimyəvi baxımdan sabit deyil. Digər tərəfdən, Yer qabığının 8,2 faizi alümindən ibarətdir. Bu, onu enerjinin saxlanılması üçün hazırkı və gələcək irimiqyaslı tələbatın ödənilməsi üçün ideal edir. Həmçinin bu, litium-ion və qurğuşun-turşu akkumulyatorlar ilə müqayisədə istehsal xərclərinin azalmasına səbəb olur.

Həmişə olduğu kimi, belə akkumulyatorlardan kommersiya qurğularında istifadə barədə məlumat verilmir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL