waplog

2017-ci ildə dünyada smartfon istehsalı yalnız 4.5% artacaq


“TrendForce” analitiklərinin proqnozuna görə, 2017-ci ildə smartfonların istehsal həcmi ötən illə müqayisədə təxminən 4.5% artaraq 1.4 milyarda yaxınlaşacaq. Ekspertlər bildirirlər ki, hazırda innovasiyalar olmadığına görə əvvəlki bir neçə ildə qeydə alınmış ikirəqəmli artım tempi indi yoxdur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, gələn ilə proqnozlaşdırılmış tədarük həcminin təxminən 50%-i Çin brendlərinin payına düşəcək. Mütəxəssislər hesab edirlər ki, Çin şirkətləri 634 milyon smartfon (45.6%) tədarük edəcəklər. Ümumilikdə Çin brendləri üzrə sıfır artım gözlənilir, ayrı-ayrı şirkətlərin nəticələri onların xarici bazarlarda öz iştirakını genişləndirmək qabiliyyətindən asılı olacaq.
 
Smartfon sahəsinin lideri “Samsung” şirkəti haqda danışan mütəxəssislər bildiriblər ki, Cənubi Koreya şirkətinin qarşısında duran əsas məsələ “Galaxy Note 7” smartfonlarının uğursuzluğundan sonra alıcıların etibarını bərpa etmək və tədarük həcmini artırmaq olacaq.
 
Mütəxəssislər, həmçinin hesab edirlər ki, 2017-ci ildə “iPhone” smartfonunun yenilənməsi “Apple” şirkətinin aparatlarına tələbatın artmasına imkan yaradacaq və dünya bazarında brendin mövqeyini möhkəmləndirəcək. Gözləntilərə görə, gələn il “Apple” aparatlarının tədarük həcmi 2016-cı illə müqayisədə yüksək olacaq.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL