waplog

Alimlər hiv-infeksiyanın diaqnostikası üçün “USB” qurğu yaradıblar


London İmperiya Kollecinin alimləri “DNA Electronics” şirkətinin nümayəndələri ilə birgə hiv-infeksiyanın ekspress diaqnostikasını keçirməyə imkan verən “USB” konnektora qoşula bilən qurğu yaradıblar. Qurğunun təsviri “Scientific Reports” jurnalında dərc edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, immun çatışmazlığına (HİV) yoluxmuş insanın qanında virusun tərkibinin vaxtında aşkar edilməsi “antiretroviral” terapiyanın effektivliyinin təyini üçün mühüm əhəmiyyət kəsb edir. Bu halda infeksiyanın ən çox yayıldığı regionlarda, məsələn, Afrikada, ekspress diaqnostika çox vaxt əməliyyatın mürəkkəbliyi və avadanlığın bahalığı səbəbindən əlçatmazdır.
 
Virusun mövcudluğu haqda informasiya “USB” port vasitəsilə cihaza ötürülür və sonuncu, həmçinin “USB” port ilə enerji toplayır. Nümunənin analizinə 20 dəqiqədən bir az çox vaxt tələb olunur.
 
Məlumata görə, indi alimlər qurğunu təkmilləşdirir, həmçinin başqa infeksiyaların diaqnostikası üçün nəzərdə tutulmuş modifikasiyalar üzərində işləyirlər.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL