“Telekom” Azərbaycan Super Liqasında liderliyini qoruyub
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında "Azəryol" və "Telekom" komandaları arasında növbəti oyun keçirilib.
Noyabrın 19-da baş tutan oyunun ilk seti bərabər mübarizə şəraitində keçib. "Telekom" komandası setin sonunda rəqibi "Azəryol"u üstələyərək, 26:24 hesabı ilə seti öz xeyrinə başa vurub. Növbəti setdə qonaq komanda olan "Telekom" daha yaxşı oyun nümayış etdirərək, 25:13 hesabı ilə qələbə qazanıb.
Üçüncü setdə "Azəryol" komandası "Telekom"a güclü müqavimət göstərib. Setin sonunda "Azəryol" 31:29 hesabı ilə önə çıxıb. Üçüncü setdəki qələbədən ruhlanan "Azəryol" dördüncü setə daha inamlı başlayaraq, oyunu 25:18 hesabı ilə başa vurub.
Həlledici beşinci setdə isə "Telekom" 15:6 hesabı ilə "Azəryol üzərində qələbə qazanıb.
Beləliklə, gərgin keçən bu oyun 3:2 hesabı ilə "Telekom"un "Azəryol" komandası üzərində qələbəsi ilə başa çatıb.
Bu oyundan sonra "Telekom" komandası 2016/2017 Azərbaycan Super Liqasında liderliyini qoruyub:
Adı |
Oyun sayı |
Qələbə sayı |
Məğlubiyyət sayı |
Setlər |
Toplar |
Xal |
"Telekom" |
4 |
4 |
0 |
12-5 |
400-326 |
10 |
"Azərreyl" |
3 |
2 |
1 |
8-5 |
287-238 |
6 |
"Azəryol" |
4 |
1 |
3 |
8-9 |
350-367 |
5 |
"Lokomotiv" |
3 |
0 |
3 |
0-9 |
119-225 |
0 |
"Gürcüstan" |
0 |
0 |
0 |
0 |
0 |
0 |
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL