Çində dünyada ən uzun kvant rabitə xətti istifadəyə verilib
Çində 712 km uzunluğunda dünyada ən uzun təhlükəsiz kvant rabitə xətti istifadəyə verilib. “Sinxua” agentliyinin məlumatına görə, bu xəttin çəkilməsinə 3 il vaxt sərf olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, Şanxayla Xefey şəhərini birləşdirən sözügedən rabitə xətti 11 aralıq stansiyadan ibarətdir.
Kvant kriptoqrafiyası elementar zərrəciklərin davranış prinsiplərinə əsaslanır, bu halda başqa birini təhrif etmədən elementar zərrəciyin parametrlərindən birini ölçmək mümkün deyil. Elektron mesaj bu xüsusiyyətlər nəzərə alınıb kodlaşdırılaraq şəbəkə vasitəsilə ötürüldüyü halda istənilən icazəsiz qoşulmaq və bu informasiyanı görmək cəhdi informasiyanın dəyişilməsinə səbəb olur. Nəticədə cinayətkar ələ keçirilmiş mesajı oxuya bilməyəcək və mesajı alan rabitə kanalında qeydə alınan səsə görə rabitə xəttinə müdaxilə edildiyini başa düşəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL