waplog

Alimlər illüminatoru sensor displeyə çeviriblər


Fransanın "Vision Systems" şirkəti tərəfindən təqdim edilmiş illüminatorlar planşet kompüterlərin funksiyasını yerinə yetirir.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, müasir təyyarələrdə illüminatorlar, bir qayda olaraq, 2-3 qatlı üzvi şüşədən ibarətdir. Bəzi sərnişin təyyarələrində illüminatorun pəncərəsi elektrokimyəvi şüşədən olur. Bu material öz optik xüsusiyyətlərini dəyişdirmək qabiliyyətinə (məsələn, elektrik enerjisinin təsiri ilə tündləşmək) malikdir.

"Acti-Vision Window" adlı yeni illüminator, həmçinin maye kristal ekran funksiyasını yerinə yetirir. İllüminator sensor panellə təchiz edilib və  istifadəçi sonuncunun köməyi ilə vizual elementləri idarə edə bilər.
 

"Acti-Vision Window"da ekran və illüminator rejimləri arasında keçid aşağı hissədəki xüsusi zonaya toxunuş nəticəsində baş verir. Bu halda elektrokimyəvi şüşə tündləşir və işıqlandırma aktivləşdirilir. Bu halda displey rolunu yerinə yetirən ikinci şüşənin köməyi ilə sərnişin, məsələn, internet saytlara və ya şəkillərə baxa bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL