waplog

Azərbaycan İKT-nin inkişaf indeksinə görə MDB ölkələri arasında liderlər sırasındadır


Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) saytında dərc edilmiş "İnformasiya Cəmiyyətinin ölçülməsi 2016" adlı hesabata əsasən, Azərbaycan İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişaf indeksinə (IDI) görə dünyada 58-ci yeri tutub (ötən ilki  hesabatda ölkəmiz 67-ci yerdə qərarlaşmışdı).

Azərbaycan bu göstərici üzrə MDB regionunda Moldova (68-ci yer), Ermənistan (71-ci yer), Gürcüstan (72-ci yer), Ukrayna (76-cı yer), Özbəkistan (110-cu yer), və Qırğızıstanı (113-cü yer) geridə qoyaraq Belarus (31-ci yer), Rusiya (43-cü yer) və Qazaxıstandan (52-ci yer) sonra dördüncü yerdə qərarlaşıb.
BTİ-nin qiymətləndirməsinə görə, 2016-cı ildə Azərbaycanın IDI-si ötən illə müqayisədə (6.23) artaraq 6.28 təşkil edib.

2016-cı ildə giriş subindeksi 6.78 (63-cü yer) və istifadə subindeksi 5.70 (50-ci yer) təşkil edib.

Hesabatda 2015-ci ildə stasionar və mobil genişzolaqlı rabitə xidmətləri üzrə qiymət səbəti qeyd olunub. BTİ-nin qiymətləndirməsinə görə, 2015-ci ilin nəticəsinə əsasən, Azərbaycanda stasionar genişzolaqlı rabitə sahəsində xidmətlərin qiymət səbəti ÜDM-nin 1.54 faizini, mobil genişzolaqlı rabitə üzrə “Prepaid” və “Postpaid” istifadəçi kateqoriyasından asılı olaraq 0.62 və 1.08 faiz təşkil edib.

BTİ-nin məlumatına görə, 2015-ci ildə Azərbaycanda stasionar telefon bağlantısının nüfuzetmə səviyyəsi 18.7 faiz (2014-cü ilin göstəricisindən 1.06 faiz aşağıdır) təşkil edib, mobil bağlantıda bu göstərici 111.3 faiz olub ki, bu da 2014-cü ilin göstəricisindən 0.36 faiz yüksəkdir.

Ölkədə 62.4 faiz ev təsərrüfatı kompüterdən istifadə edir və ev istifadəçiləri arasında internetin nüfuzetmə səviyyəsi 76.7 faiz təşkil edir. 2015-ci ildə bu göstəricilər üzrə artım ötən illə müqayisədə müvafiq olaraq 3.48 və 0.65 faiz olub.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL