waplog

Kitab və sənədlərin skan edilməsi üçün mobil proqram təqdim edilib


Kitab və sənədlərin mobil qurğunun kamerası vasitəsilə skan edilməsi yenilik olmasa da, bu imkanı təqdim edən əksər əlavələrdən istifadə bəzən narahatlıq yaradır və ya şəkillərin əlavə emalı tələb edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məşhur linqvistik proqram təminatçısı “ABBYY” şirkəti çap edilən mətnin skan edilməsi üçün proqram təqdim edib. “BookScanner Pro” adlanan əlavə kitab səhifələrini skan etməyə, elektron surətlər yaratmağa, eləcə də mətnin sonradan redaktəsi və birgə istifadəsi imkanı ilə müəyyənləşdirilməsi üçün optik simvol tanıma texnologiyasından istifadəyə şərait yaradır.

Proqramda “ABBYY” şirkətinin iki (BookScan və ABBYY Mobile OCR Engine) patentləşdirilmiş texnologiyasından istifadə olunub. İki il davam edən işlərdən sonra “BookScan” texnologiyası kitab səhifələrini tanıya, foto döndərməni ayrı-ayrı səhifələrə bölə, eləcə də müxtəlif qüsurları - əyri xətləri, optik səhvləri və s. aradan qaldıra bilir. “А Mobile OCR Engine” əldə edilən rəqəmli surətlərin sonradan redaktə edilməsi və daha populyar 12 formatda saxlanılması imkanı ilə 193 dildə mətni tanıyır.  

Qiyməti 19,99 dollar təşkil edən “BookScanner Pro” əlavəsindən hazırda yalnız “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri yararlana bilərlər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL