waplog

Gəncədə “Startap Festivalı”na start verildi


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Startap Azərbaycan"ın və "ASAN Könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 25-də Gəncədə "Azərbaycan Startap Festivalı" başlayıb.
 
Festivalın açılış mərasimində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin, Yüksək Texnologiyalar Parkının (YTP) nümayəndələri, İT şirkətlərinin rəhbərləri, həmçinin  "ASAN Könüllüləri" təşkilatının və Azərbaycan İnternet Forumunun rəhbərləri çıxış ediblər.
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov çıxışında İKT-nin qeyri-neft sektorunun inkişafındakı yeri, bilik iqtisadiyyatının təşəkkülü və Fondun startap layihələrinə dəstək mexanizmləri barədə məlumat verib.
 
Yüksək Texnologiyalar Parkının direktor müavini Kənan Bayramov tədbir iştirakçılarını salamlayaraq YTP-də görülən işlərdən, davamlı inkişafda olan startap hərəkatından və ölkədə İKT sahəsinin ümumi inkişafından bəhs edib.
 
Qeyd edək ki, "Azərbaycan Startap Festivalı" 30 noyabr tarixində bitəcək.










NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL