Bakıda Türk Şurasına üzv dövlətlərin İKT üzrə İşçi Qrupunun ilk iclası keçirilir
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin İKT üzrə İşçi Qrupunun ilk iclası keçirilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə keçirilən iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Respublikasının səlahiyyətli nümayəndələri iştirak edir. İclasda İKT-nin inkişafına yönələn çoxtərəfli əməkdaşlıq mexanizmləri və yeni imkanların araşdırılması, regional inkişafı dəstəkləyən təşəbbüs və təkliflər müzakirə olunur.
Salamlama nitqi ilə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, İKT sahəsində İşçi Qrupunun yaradılması təşəbbüsü Türk Şurasının sonuncu zirvə görüşündə Azərbaycan Respublikası tərəfindən irəli sürülüb və dövlət başçıları tərəfindən dəstəklənib.
Azərbaycanın İKT siyasəti haqda da qonaqları məlumatlandıran nazir müavini davamlı inkişaf sahəsində İKT-nin mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, sahənin inkişafı üzrə tənzimləyici mükəmməl qanunvericilik bazası formalaşdırılıb, milli strategiyalar qəbul edilib, dövlət proqramları hazırlanıb, həmçinin ölkəmiz beynəlxalq konvensiyalara qoşulub. İKT sahəsində əməkdaşlıq üçün ciddi potensialın olduğunu da vurğulayan E.Vəlizadə xüsusilə elektron hökumət, yüksək texnologiyalar parkları, peyk xidmətlərinin təşkili və digər istiqamətlər üzrə perspektivlərin mövcudluğunu deyib.
Daha sonra Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndələri ölkələrinin İKT sahəsində əldə etdiyi nailiyyətlər, perspektivlərlə bağlı təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra tərəflər arasında əməkdaşlıq perspektivləri üzrə maraq doğuran məsələlər ətrafında müzakirələrə başlanılıb.
Qeyd edək ki, İKT üzrə İşçi Qrupunun təklifləri sabah keçiriləcək birinci İKT nazirləri toplantısına təqdim ediləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL