waplog

Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb


"Elektron hökumət" portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə "Microsoft"un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb.
 
Müqaviləni Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov imzalayıblar.
 
Müqavilə "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci hissəsinə əsasən "Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması" layihəsi çərçivəsində imzalanıb.
 
Qeyd edək ki, İKT sahəsində son illərin ən böyük layihələrindən sayılan yeni nəsil şəxsiyyət vəsiqəsi ölkəmizdə bütün vətəndaşları elektron imza sertifikatı ilə təmin edəcəkdir. Bu elektron şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü vətəndaşın elektron xidmətlərdən istifadə rahatlığını təmin etməklə məmnunluğunu artırmaqdır.
 
Noyabrın 30-da imzalanan müqavilə elektron hökumətin inkişafında atılan ən mühüm addımlardan sayılır.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL