Smartfonlar üçün proqram insan emosiyalarını müəyyənləşdirəcək və ən yaxşı yeməyi tövsiyə edəcək
Oksford Universitetinin professoru Çarlz Spens smartfonlar üçün istifadəçinin üzünün ifadəsi ilə onun əhval-ruhiyyəsini müəyyənləşdirməklə yanaşı, depressiya və ya həyəcana son qoymaq üçün hansı ərzaqların təcili yeyilməsini tövsiyə edə bilən orijinal əlavə hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, proqramın iş prinsipi ondan ibarətdir ki, o, dodaq künclərinin, qaşların yerləşməsinə, gözlərin qıyılması və digər oxşar əlamətlərə görə hazırda insanın keçirdiyi emosiyaları müəyyənləşdirə bilir.
Ç.Spensin fikrincə, əlavə insanın əhval-ruhiyyəsini onun özündən dəqiq qiymətləndirir. Onun sözlərinə görə, çünki bəzən insanlar onlarda nə baş verdiyini anlamağı ya bacarmır, ya da sadəcə anlamaq istəmirlər. Əhval-ruhiyyənin qida meyilliyinə böyük təsir göstərməsi ilə bağlı çoxlu sübutlar var, lakin eyni zamanda o da məlumdur ki, yemək ruhun yerləşməsinə təsir edə bilər.
Məlumata görə, yeni texnologiya qəzəb, narazılıq, qorxu, təəccüb, qəm və ya sevinc kimi insan emosiyalarını fərqləndirməyi bacarır və smartfon ekranı “tədqiqat obyekti”nə hazırda istifadəçi üçün xüsusilə faydalı olan ərzaqları təklif edir. Məsələn, insan stress keçirirsə, onun üçün fındıqlı tünd şokolad kimi maqneziumu yüksək qida daha faydalı hesab edilir, əhval-ruhiyyə əla olanda isə onu təzə tərəvəzlər daha da möhkəmləndirməyə kömək edəcək.
Yeni əlavəni Britaniyanın “Just Eat” yemək çatdırma xidməti vasitəsilə istifadəyə vermək planlaşdırılır.
“Just Eat” şirkətinin Britaniya üzrə direktoru Qrem Korfild bildirib ki, biz hansı əhval-ruhiyyənin ərzaq seçiminə təsir etməsini bilirik. “Lakin bunun əks tərəfi də var. Biz istəyirik ki, insanlar nə ilə qidalanmaları barədə düşünsünlər və bu, onların gündəlik həyatına yaxşı təsir göstərsin”, - direktor vurğulayıb.
Yeni proqramın ilk və uğurlu sınağı ötən bazar keçirilib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL