2018-ci ildə qlobal planşet bazarında artım tempi bərpa olunacaq
“IDC” analitiklərinin proqnozuna görə, 2016-cı ildə qlobal planşet tədarük həcmi 12% azalaraq 182.3 milyon təşkil edəcək. Yalnız 2018-ci ildə çıxarılıb taxılan klaviaturaya malik hibrid modellər sayəsində müsbət dinamikaya qayıdış gözlənilir. Amma mütəxəssislər xəbərdarlıq edirlər ki, artım tempi yalnız birrəqəmli olacaq.
Sözügedən analitik şirkətin baş analitiki Citeş Urbani bildirib ki, baha qiymətə satılan hibrid qurğularının artan populyarlığı istehsalçılar üçün sərfəlidir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, planşet sahəsindəki vəziyyəti coğrafi baxımdan təhlil edən mütəxəssislər bildiriblər ki, inkişaf etmiş bazarlarda (ABŞ, Kanada, Qərbi Avropa, Yaponiya) artem tempinə keçid daha sürətli baş verəcək. 2016 və 2017-ci illərdə bu regionlarda planşetlərin tədarük həcmi 97 milyon səviyyəsində gözlənilir, 2018-ci ildə bu göstərici 101 milyonadək artacaq. 2020-ci ilə inkişaf etmiş bazarlara planşetlərin tədarük həcmi 111 milyona yaxınlaşacaq.
2016-cı ildə inkişaf etməkdə olan bazarlara (Asiya-Sakit okean regionu (Yaponiya istisna olmaqla), Latın Amerikası, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) 85 milyon planşet tədarük ediləcək. 2017-ci ildə bu göstərici 77 milyona, 2018-ci ildə isə 75 milyonadək azalacaq. “IDC”-nin qiymətləndirməsinə görə, 2020-ci ilə inkişaf etməkdə olan regionlara planşetlərin tədarükü 74 milyon olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL