waplog

"Televiziya və radio yayımı haqqında" yeni qanun Azərbaycanda rəqəmli yayıma keçidi tənzimləməyə imkan verəcək


"Televiziya və radio yayımı haqqında" qanuna ediləcək dəyişikliklər rəqəmli yayıma keçid prosesinin daha çevik tənzimlənməsinə kömək edəcək. Bu barədə Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) icraçı direktoru Əli Əliyev deyib.

Əliyev bildirib ki, qanunun yeni redaksiyasında çoxlu dəyişikliklər olacaq və televiziya və radio yayımı bazarını tənzimləyən vahid və effektli hüquqi baza kimi xidmət edəcək.

Onun sözlərinə görə, oktyabr ayından etibarən dünyanın hər regionu üzrə rəqəmli yayıma keçidə həsr olunmuş bir sıra konfransların keçirilməsi gözlənilir.

Rəqəmli kontentə tam keçid artıq əksər Avropa ölkələrində həyata keçirilib. Rusiya və Qazaxıstanda rəqəmli televiziya yayımının tətbiqi üzrə fəal iş aparılır.

Əliyevin sözlərinə görə, həmin konfranslarda AKOA da iştirak edəcək ki, bu da ilk növbədə təcrübə mübadiləsi və bu sahədə meydana gələn aktual problemlərin həlli üçün faydalı olacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL