Çinin “Huawei” şirkəti Yaponiyada akkumulyator texnologiyaları üzrə 57-ci simpoziumda “Watt Laboratory” şirkətinin alimləri tərəfindən hazırlanmış innovativ batareyalar təqdim ediblər. Yeni batareyaların işləmə müddəti analoqları ilə müqayisədə 2 dəfə çoxdur, bundan başqa innovativ akkumulyatorlar yüksək temperaturda yaxşı işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, yeni litium ion batareyalarında qrafendən istifadə edilib. Qrafen materialı akkumulyatoru soyudur və qurğuları çox qızmadan qoruyur.
Müasir batareyaların əksəriyyəti 50 selsi dərəcəyədək temperaturda normal işləyir. “Huawei” şirkətinin akkumulyatorları 60 selsi dərəcədə də işləyir.
Bundan başqa, elektrolitə yüksək temperaturda onun buxarlanmasını xəbərdarlıq edən xüsusi maddə əlavə ediblər. Həmçinin katod və anodun konstruksiyası optimallaşdırılıb.
Testlərin nəticəsinə görə, yeni batareya yüksək temperaturda adi litium ion akkumulyatorlarla müqayisədə 5% daha soyuqdur.
“Huawei” şirkətinin nümayəndələri iddia edirlər ki, yeni batareyalar dron, elektrik avtomobilləri və başqa qurğularda istifadə olunacaq. Yeni akkumulyatorları isti iqlimə malik ölkələrdə, həmçinin uzun müddət günəş şüalarının altında olan cihazlarda istifadə etmək faydalıdır.