waplog

Azərbaycan İT sahəsində rəqabətə davamlılıq indeksi üzrə Şərqi Avropada səkkizincidir


Azərbaycan Şərqi Avropa ölkələri arasında "İT sahəsində rəqabətə davamlılıq indeksi-2011" üzrə səkkizinci yeri tutub.

Bu barədə BSA (Business Software Alliance) Proqram Təminatı İstehsalçıları Assosiasiyasının dəstəyi ilə "Economist Intelligence" analitik agentliyinin dünən dərc etdirdiyi beynəlxalq araşdırmasında deyilir.

Ümumilikdə, indeks 66 ölkənin əsasən İT sahəsinin inkişafı üçün mühüm olan göstəricilərini müqayisə edir: ümumi işgüzar mühit, infrastruktur, insan kapitalı, elmi-tədqiqat fəaliyyəti, hüquqi tənzimləmə və sahənin inkişafına ictimai dəstək.

Şərqi Avropa ölkələrinin liderlər beşliyinə Rumıniya, Xorvatiya, Litva, Bolqarıstan və Rusiya daxil olub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL