waplog

Analitiklər yaxın illərdə planşet bazarının 2%-lik artımını proqnozlaşdırırlar


Qlobal planşet bazarında ikiillik enişdən sonra bərpa əlamətləri müşahidə edilir. “Strategy Analytics” ekspertlərinin qiymətləndirməsinə görə, 2016-cı ildə 205.8 milyon səviyyəsində planşet tədarükü gözlənilir. 2017-ci ildə 1% səviyyəsində cüzi azalma qeydə alınacaq, bundan sonra 2020-ci ilədək planşet seqmentində orta artım müşahidə ediləcək. Təxmin edilir ki, hibrid modelləri, “Windows” planşetlərinin populyarlığı və korporativ istifadəçilərə satışların artımı hesabına proqnozlaşdırılan dövrün sonunadək planşet qurğularının tədarük həcmi 223.5 milyonadək artacaq. 2016-2020-ci illərdə orta illik artım tempi 2% təşkil edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislər aşağıdakı üç qurğu kateqoriyasını planşetlər sinfinə aid edirlər: “slate” modellər (sensor ekranla təchiz edilmiş klassik planşetlər), “Pro Slate” təkmilləşdirilmiş planşetləri (klaviatura ilə birgə işləyə bilərlər, sonuncu tədarük dəstinə daxil deyil və əlavə satın alınmalıdır), həmçinin çıxarılıb-taxılan klaviaturaya malik hibrid planşetlər. Mütəxəssislər “Apple iPad Air 2”, “Samsung Galaxy Tab S2”, “Huawei MediaPad M2” modellərini birinci, “iPad Pro”, “Google Pixel C”, “Microsoft Surface Pro 4” ikinci, “Asus Transformer Book T100HA”, “Microsoft Surface Book”, “E FUN Nextbook Flexx 10” qurğularını isə üçüncü yarımqrupa aid edirlər.

Mütəxəssislər “Windows” sisteminin mövqeyinin möhkəmlənməsini proqnozlaşdırırlar. Sözügedən əməliyyat sistemi ilə işləyən planşetlərin bazar payı 2016-2020-ci illərdə orta hesabla 9% artacaq. Nəticədə “Windows” planşetlərinin payı 15-dən 20%-dək yüksələcək. “Apple” qurğularında da artım gözlənilir: “iOS” sistemi ilə işləyən planşetlərin bazar payı 22%-dən 24%-dək artacaq. Ancaq “Android” platforması liderliyini qoruyub saxlayacaq: planşet bazarında “Google”un mobil platformasının payı 63%-dən 57%-dək azalacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL