Rekord kontrastlı “LCD” panel təqdim edilib
Üzvi işıq diodlu panellər (OLED) mobil qurğu istehsalçıları arasında populyarlıq qazanmaqda davam edir. Texnologiya dərin qara rəng, işıqlandırmanın olmaması, geniş rəng çalarlığı, enerjidən az istifadə, yüksək kontrastlıq və elastik ekranların istehsalına imkan verməsi kimi bir sıra üstünlüklərə malik olsa da, bəzi çatışmazlıqları var ki, onların da ən başlıcası diodların istismar müddətinin az olmasıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Yaponiyanın “Panasonic” şirkəti kontrastlıq nisbəti 1 000 000:1 təşkil edən “LCD” IPS-dispely təqdim edib ki, bu da həmin göstəricinin 1 800:1 nisbətinə bərabər olduğu ənənəvi “LCD” panellərlə müqayisədə 600 dəfə çoxdur. Qeyd edək ki, hətta “OLED” panellərin kontrastlığı 10 000:1 təşkil edir.
“Panasonic” bu nəticəyə yeni işıq modulyasiyalı xanalar texnologiyasının köməyi ilə nail olub ki, bu da şirkətə displeydə ayrı-ayrı pikselləri ikinci səviyyəli idarəetmə vasitəsilə söndürməyə imkan verir. “LCD” displeylərdə adətən işıqlandırmanın ya hamısı, ya da çox hissəsi dərhal söndürülür. “OLED” panellərində diodun hər biri öz-özünə yanır və digərlərindən asılı olmayaraq istənilən anda sönə bilər ki, bu da yüksək kontrastlıq əmsalını təmin edir. Yeni “Panasonic” texnologiyası oxşar prinsip üzrə işləyir.
Bundan başqa, yeni texnologiya istehsalçıya parlaqlığı 1000 kandel kvadratmetrədək artırmağa və “HDR” rejimini dəstəkləməyə imkan verir. Televizorlar üçün “HDR” rejimini dəstəkləyən əksər müasir panellər yalnız 700-800 kandel kvadratmetr diapazonda işləyir.
“Panasonic” yeni texnologiyadan yüksək dərəcəli qurğularda, o cümlədən 12-55 düymlük ölçüyə malik video məhsullarında, tibb sahəsində və maşınqayırmada istifadə etməyi planlaşdırır. İlk tədarüklərə 2017-ci ilin yanvarında başlamaq nəzərdə tutulur.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL