waplog

Başqa planetlərdə həyatın axtarışı üçün çip yaradılıb


Avstraliya Milli Universitetinin alimləri teleskop üçün başqa planetlərdə həyatın axtarışına imkan verəcək optik çip yaradıblar. Çip vasitəsilə astronomlar Yerə oxşar həyat şəraitinə malik planetləri müşahidə edə biləcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, çip başqa planetləri toz buludları arasından müşahidə etmək üçün Yerdən buraxılan istilikdən istifadə edəcək. Onun köməyi ilə kosmik cisimlərin formalaşmasını və onlarda ozonun mövcudluğunu müşahidə etmək mümkün olacaq.
Məlumata görə, hazırda astronomlar üçün uzaq ulduzlar ətrafında planetlərin kəşfi Günəşdən gələn işığın uzaq ulduzların işığından daha parlaq olmasına görə böyük çətinliklər yaradır. Bu səbəbdən əksər uzaq planetlər teleskopdan istifadə etməklə deyil, başqa üsullarla kəşf edilib.

Qeyd edilir ki, alimlərin yaratdığı çip uzaq planetlərdən işıq almağa imkan verəcək. O, Günəş işığının qarşısını alaraq uzaq səma cisimlərini görməyə imkan verəcək.

Elmi əməkdaşlar ümid edirlər ki, artıq yaxın gələcəkdə kəşf uzaq planetləri öyrənməyə və Günəş sistemindən kənarda həyatın olmasının əlamətlərini aşkarlamağa kömək edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL