waplog

“Ağıllı” qələm “3D” modelləri yaradacaq


Bir müddət əvvəl “Instrumments” şirkəti halqa və lazerdən ibarət xüsusi mexanizm vasitəsilə müxtəlif əşyaların ölçülərini 0,11 millimetrədək dəqiqliklə ölçməyə imkan verən “Instrumments 01” “ağıllı” qələmini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bu dəfə isə mütəxəssislər növbəti ildə mobil proqram üçün obyektlərin ölçülərini ölçməklə yanaşı, onların “3D” modellərini yaratmağa imkan verəcək yenilənmə təqdim etməklə bağlı planlarını açıqlayıblar. Plana görə, qələmi lazımi əşya üzərinə yavaşca yaxınlaşdırmaqla smartfonda real vaxt rejimində onun həcmli modelini yaratmaq mümkün olacaq.

Həmçinin şirkət “Instrumments 01Go” qələmini təqdim edib. Əks sonluqda qələm, karandaş və markörun olmaması onun əsas fərqləndirici cəhətidir və bunun sayəsində aksessuar daha yığcam alınıb. Lakin bu halda istifadəçilər ölçüləri yazmaq üçün özləri ilə əlavə olaraq qələm və ya karandaş gəzdirməli olacaqlar.

“Instrumments 01” qələmini “Indiegogo” saytında 149 dollara sifariş etmək olar. “Instrumments 01Go” qurğusunun qiyməti 79 dollar təşkil edir.

Nizam Nuriyev

 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL