waplog

Onlayn rejimdə qeydiyyatdan keçən fiziki şəxslərin sayı artır


İyul ayının 1-dən indiyədək Azərbaycanda onlayn rejimdə birbaşa qeydiyyat sistemi tətbiq olunandan bəri Bakı şəhəri üzrə 1950-yə yaxın fiziki şəxs elektron qeydiyyatdan keçib.

Bu barədə Bakı şəhər Vergilər Departamentinin Vergi ödəyicilərinin uçotu idarəsinin rəisi Ədalət Fərəcov bildirib.

Bu ilin iyul ayının 1-dən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə onlayn rejimdə birbaşa qeydiyyata alınmasına başlanıb.

Elektron qeydiyyat sisteminin tətbiqi nazirlik tərəfindən Azərbaycan Respublikası əhalisinə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə şərait yaradıb.

Qeyd edək ki, elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsinə, sahibkarların vergi orqanına gəlmək asılılığının minimuma endirilməsinə, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılmasına, eləcə də həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL