waplog

İsraildə günəş batareyası ilə işləyən dronun sınağı keçirilib


İsrailin “Advanced Programs Group” (APG) şirkətinin günəş enerjisi ilə işləyən “SunSpark” (“Günəş qığılcımı”) pilotsuz uçan aparatının ilk sınaq uçuşu keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, şirkətin icraçı direktoru Yair Dubester bildirib ki, qalxma və enmə daxil olmaqla bütün uçuş yalnız günəş enerjisindən istifadə edilməklə yerinə yetirilib.

Məlumata görə, sınaqda perspektiv dronun kiçildilmiş versiyası iştirak edib. On dörd kiloqramlıq uçuş kütləsinə malik pilotsuz uçan aparatın hazırkı versiyasının qanadlarının uzunluğu 6 metr təşkil edir. Üst səthi günəş batareyası panelləri ilə örtülən qanadda hər biri 0,5 at gücündə 4 elektromotor quraşdırılıb.

Qanadlarının uzunluğu təxminən 30 m olacaq aparatın tam ölçülü versiyasının uçuş sınaqlarına 2017-ci ildə başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL