“Panasonic" şirkəti avtomatlaşdırılmış kassa yaradıb
Yaponiyanın “Panasonic” şirkəti ilə “Lawson” mağazalar şəbəkəsi tərəfindən birgə əməkdaşlıq çərçivəsində hazırlanmış avtomatlaşdırılmış kassa alıcıları bazarlığı səbətdən paketə yerləşdirmək ehtiyacından xilas edəcək və ödəniş prosesini sürətləndirəcək.
“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, yeni sistem bazarlıq üçün ştrix-kod skanerləri ilə təchiz edilmiş xüsusi zənbil və təkmilləşdirilmiş kassa masalarından ibarətdir. Alıcı sensor ekranlı kassaya yaxınlaşdıqda artıq hazır olan çeki kart və ya nağd pulla ödəmək mümkündür. Bundan sonra içində bazarlıq olan səbət xüsusi yerə qoyulur və aşağıya doğru gedir. Daha sonra paketə yerləşdirilmiş bazarlıq yuxarıya doğru qalxır.
Hazırda bu sistem “Panasonic” şirkətinin mənzil qərargahının qarşısında yerləşən “Lawson” mağazasında sınaqdan keçirilir. Partnyorlar gələn ilin sonunda və 2018-ci ildə “Lawson” şirkətinin başqa mağazalarında da yeni kassalar qurmaq niyyətindədirlər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL