waplog

Barmaq izi skaneri smartfon ekranı ilə inteqrasiya edilib


Barmaq izi skanerlərinin mobil qurğu displeyləri ilə inteqrasiyası yeni “Synaptics Natural ID FS9100” daktiloskopik cihazları sayəsində reallığa çevrilib. Yeni nəsil skanerlər izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Nəm barmaqlarla düzgün işləyən yeni cihazlar cızılmaya davamlıdır. Bundan əlavə, həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorların enerji sərfiyyatının azalması maraq doğurur.

“ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, “Apple” şirkətinin oxşar həllə malik olmasını ehtimal etmək olsa da, “Synaptics” şirkətinin ABŞ istehsalçısı üçün kompletləşdirmə hissələrinin tədarükçülərindən birinin olmasına görə növbəti nəsil “iPhone” smartfon modellərində “Natural ID” sensorlarından istifadə oluna bilər. Xatırladaq ki, yeni “iPhone” modelinin “Touch ID” identifikasiya sisteminin quraşdırıldığı çərçivəsiz “OLED” ekranla təchiz ediləcəyi gözlənilir.

Tədarükünə 2017-ci ilin əvvəlində başlanacaq “Synaptics Natural ID FS9100” daktiloskopik cihazının ikinci rübdə kütləvi istehsalı planlaşdırılır.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL