waplog

Kimyaterapiyada baş dərisini soyudan kaska saçların tökülməsinin qarşısını alacaq


Kimyəvi terapiyadan keçən zaman baş dərisini soyudan xüsusi kaskadan istifadə süd vəzi xərçəngindən əziyyət çəkən qadınlara dərmanların zəhərliliyinə görə saçların tökülməsinin qarşısını almaqda kömək edə bilər. Bu barədə 1-ci və 2-ci mərhələdə süd vəzi xərçəngindən əziyyət çəkən 235 qadının iştirakı ilə tədqiqat aparan Beylor Tibb Kollecinin (Baylor College of Medicine) mütəxəssisləri bildirib. Tədqiqatda hər bir iştirakçı 4 və daha çox kimyəvi terapiyadan keçib və nəticədə baş dərisini soyudan kaska xəstələrin yarısından çoxuna kömək edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, tədqiqat müəllifi Culi Rani Nanqya bildirib ki, saçların tökülməsi qadının psixoloji vəziyyətinə mənfi təsir göstərir. Baş dərisinin soyudulmasının həqiqətən saçların tökülməsinin qarşısını ala bilməsini müəyyənləşdirmək üçün C.Nanqya və onun həmkarları bütün iştirakçıları 2 qrupa bölüblər. Qadınların 2/3 hissəsi antrasklin (anthracycline) və taksan (taxane) antibiotiklərinin istifadə edildiyi kimyəvi terapiyaya başlamazdan yarım saat əvvəl baş dərisini 17 dərəcəyədək soyudan kaskanı geyinərək onu seans bitdikdən 90 dəqiqə sonra çıxarıblar. Yoxlama qrupu olan qadınların 1/3 hissəsi isə kaskanı geyməyiblər. Tədqiqatın yekununa görə, 1-ci qrupdan olan qadın xəstələrin 50,5 faizinin saçı tökülməyib - onlar yalnız cüzi nazikləşib. Yoxlama qrupunda iştirak edən bütün qadınların isə saçı tökülüb.

Bildirilir ki, kimyaterapiya tez bölünən hüceyrələrə təsir edir. Bu isə təkcə xərçəng hüceyrələri deyil, həm də follikulin tükləridir. Soyutma follikulinlərə qan axınını azaltmağa kömək edir və bununla onlara zəhərli preparatın az miqdarı yetişir. Lakin onu da qeyd edək ki, kaskadan istifadənin mənfi cəhətləri də var. Belə ki, qiyməti 1000 dollardan yüksək olan kaskanı geyinən qadınlar narahatlıq və başağrısından şikayət ediblər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL