waplog

“iOS” üçün “Google Drive” proqramı “Android” sisteminə keçəndə məlumatları avtomatik köçürəcək


“Google” şirkəti rəsmi sayt bölməsini yeniləyərək “iOS” sistemindən “Android” əməliyyat sisteminə keçid üzrə təlimat yerləşdirib. Şirkət “iOS” üçün “Google Drive” əlavəsinə yeni funksiya - bütün kontaktlar, təqvim məlumatları və fotoşəkillərin “bulud” saxlancında ehtiyat surətinin çıxarılması imkanını əlavə etməyə hazırlaşır. Beləliklə, “Google Pixel” və ya digər “Android” sistemli qurğu alındıqda bütün məlumatlar hər əlavə üçün ayrı-ayrılıqda olmaqla saxlanılacaq. Köçürülmə əvvəlki müxtəlif əlavələr vasitəsilə bütün məlumatların əksinə yüklənilməsi zərurəti aradan qaldırılmaqla avtomatik baş verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni funksiyanı menyuda “Backup” tab-vərəqəsində tapmaq mümkün olacaq. Yüklənmə prosesi smartfonda çoxlu məlumatın toplanması halında bir qədər vaxt tələb edə bilər. “Google”un məlumatına görə, bəzi hallarda prosedurun bir neçə saat çəkə bilməsinə görə smartfonu stabil "Wi-Fi” şəbəkəsinə qoşmaq tövsiyə edilir. Surətçıxarma prosesi ərzində proqram ekranda açıq vəziyyətdə olmalıdır.

Məlumata görə, lakin “Google Drive” köçürülmə zamanı sənəd və ya musiqi kitabxanasını saxlaya bilməyəcək. Buna zərurət  yarandıqda “iPhone”u birbaşa “Android” sistemli başqa smartfona qoşmaq olar.

“iOS” üçün əlavə yenilənməsi tezliklə “App Store” əlavələr mağazasında yerləşdirilərək yükləmək mümkün olacaq.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL