waplog

"Ağıllı" qablaşdırma maşını müvafiq ölçüdə qutular yaradacaq


Belçikanın “Fit Things” startapı tərəfindən təqdim edilmiş “Slimbox” adlı unikal maşın istənilən əşyanın ölçüsünə uyğun lazımi qutunu avtomatik yaradır.
 
İstehsalçılar iddia edirlər, yeni qurğu malların qablaşdırılması zamanı böyük məbləğdə vəsaitə qənaət etməyə imkan verəcək. “Slimbox”, ilk növbədə qablaşdırıcıları lazımi ölçüdə qutu axtarmaq ehtiyacından xilas edəcək. Bundan başqa, yeni qurğu istifadə edilən qablaşdırma materialının həcmini azaltmağa imkan verəcək. Bütün bu deyilənlər istənilən ölçüdə qutu hazırlamağa imkan verən avtomatik funksiya nəticəsində əlçatan olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, yeni qurğu istifadəçi tərəfindən daxil edilən məlumatlar əsasında işləyir. Məsələn, qablaşdırılması tələb olunan əşyanın ölçülərini göstərmək lazımdır, bundan sonra mobil proqram lazımi qutunun kompüter modelini özü yaradır.
 
Model “Slimbox” qurğusuna ötürülür, daha sonra lazer büzmələnmiş kartonun lazımi yerlərində kəsiklər edir. İstifadəçi bu kəsiklərə əsasən kartonu əyərək lazımi qutunu yarada biləcək.
 
Yaxın aylarda “Slimbox” qurğularının istehsalına başlanılacaq və 2017-ci ilin sentyabrında satışa çıxarılacaq.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL