2017-ci ildə virtual reallıq qurğularının tədarük həcmi 75% artacaq
“TrendForce” analitiklərinin fikrincə, virtual reallıq qurğuları (“Virtual Reality”, “VR”) qurğuları Yeni ilədək populyar hədiyyələrdən biri olacaq. Bunu nəzərə aldıqda 2016-cı ildə “VR” qurğuların qlobal tədarük həcmi 2.9 milyona yaxınlaşa bilər. 2017-ci ildə bu göstəricinin 75% artaraq 5.1 milyon təşkil edəcəyi proqnozlaşdırılır. “Sony” şirkəti bu bazarın lideri olacaq, “Oculus” ikinci yerdə qərarlaşacaq, “HTC” şirkəti isə üçüncü olacaq.
Hesabatda, həmçinin yuxarıda sadalanmış istehsalçıların hər biri üzrə statistika verilib. Belə ki, cari ildə “Sony” şirkəti 1.5 milyon “PlayStation VR” qurğusu tədarük edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, "AMOLED panellərin azlığına və aşağı istehsal həcminə baxmayaraq, 2016-cı ildə “Sony” şirkətində ən yüksək tədarük həcmi qeydə alınıb" – “TrendForce” şirkətinin analitiki Ceyson Tsay bildirib.
2016-cı ildə “Oculus Rift” virtual reallıq qurğusunun tədarük həcmi 650 min, “HTC Vive” isə 460 min səviyyəsində qiymətləndirilir.
“Canalys” şirkətinin analitikləri cari ildə, həmçinin 2 milyondan çox virtual reallıq qurğusunun tədarükünü proqnozlaşdırır. Gələn il bu göstərici 6 milyon, 2018-ci ildə 10 milyon və 2020-ci ildə isə 20 milyon səviyyəsində gözlənilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL