waplog

“Amazon” dünyada ilk dəfə pilotsuz uçan aparatın köməyilə bağlamanı müştəriyə çatdırıb


“Amazon” internet mağazası pilotsuz təyyarələrin köməyi ilə sifariş edilmiş məhsulların müştərilərə çatdırılması sistemini sınaqdan keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, belə ki, “Amazon” şirkətinin Kembricdə yerləşən məxfi laboratoriyasından uçan pilotsuz kuryer məhsulu 13 dəqiqə ərzində müştəriyə çatdırıb.

Şirkətin nümayəndəsi bildirib ki, “Prime Air” sistemi pilotsuz uçan aparatların köməyilə sifarişlərin 30 dəqiqə ərzində müştərilərə təhlükəsiz çatdırılması üçün nəzərdə tutulub. Hazırda şirkətin ABŞ, Böyük Britaniya, Avstriya və İsraildə dronlar üçün mərkəzləri fəaliyyət göstərir.

“Amazon” hələ ki öz uçan kuryerlərinin yekun dizaynını müəyyənləşdirməyib. İndiki dron kuryer vertolyot və təyyarənin hibrididir.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL