Unikal panoram görünüşlü kamera təqdim edilib
Rusiyanın "Rostex" dövlət korporasiyasının tərkibinə daxil olan "Şvab" şirkəti "Vuzpromekspo-2016" sərgisində unikal panoram görünüşlü kamerasını təqdim edib. Qurğu “4K” formatında sferik video çəkə və real vaxt rejimində redaktə edə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, 3840×2160 piksel təsvir ölçülü videonun çəkilişi üçün hazırlanmış video saniyədə 30 kadr sürətini dəstəkləyir. Kürənin korpusunda 12 kamera qurulub. Bu, obyektiv və işığa həssas sensorlarla təchiz edilmiş optik modullardır. Kamera, həmçinin 10 qat optik böyütmə sistemi və idarənin (idarəetmənin) uyğunlaşdırılmasının interfeyslərini daxil edir (qoşur).
Kamera çəkiliş prosesində şəklin parametrlərini avtomatik dəyişdirə bilər. Məsələn, daxili alqoritmlər parlaqlıq xüsusiyyətlərini dəyişdirməyə və panoramın həndəsəsini düzəltməyə imkan verir. Kameranın korpusu 300 mm diametrində kürə formasındadır və çəkisi təxminən 5 kq-dır.
Unikal kamera 2018-ci ildə istehsal ediləcək. Əsas təyinatı peşəkar foto sistemləri və videoqeydiyyat, videomüşahidə, yerüstü texnika, idarə edilən uçuş aparatları və pilotsuz təyyarələrdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL