Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qalibləri mükafatlandırılıb
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarışların qaliblərinin təltifetmə mərasimi keçirilib.
Tədbiri açıq elan edən Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı – Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səmərəli fəaliyyətinə görə bir qrup rabitəçiyə fəxri adların verilməsinin ölkə başçısının bu sahəyə diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. O, fəxri adlarla təltif olunanları, keçirilən müsabiqə və yarışların qaliblərini təbrik edib, hər birinə işlərində müvəffəqiyyətlər arzu edib.
Təltifetmə mərasimində ilk olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə fəxri dövlət mükafatlarına layiq görülən bir qrup rabitəçi mükafatlandırılıb.
Qeyd edək ki, ölkə başçısının Sərəncamı ilə təltif olunan bir qrup rabitəçi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illiyinin qeyd olunması ilə əlaqədar Gəncə şəhərində keçirilən yubiley tədbirində mükafatlandırılmışdı.
Beləliklə, Azərbaycan Respublikasının "Əməkdar mühəndis" fəxri adı ilə təltif olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "AzEvrotel" MMC-nin əməkdaşı Yaqub Mirzəyevə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılova, "Azərpoçt" MMC-nin Keyfiyyətə Nəzarət şöbəsinin rəisi Novruz Qalayevə vəsiqələri təqdim olunub.
Masallı Telekommunikasiya Qovşağının rəisi Səməd Abıyevə, Lənkəran Telekommunikasiya Qovşağının aparıcı mühəndisi Murad Hüseynova, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Razi Tağıyevə, "Azərpoçt" MMC-nin Poçt əməliyyatları şöbəsinin rəisi Alı Müşəyevə, 2 saylı Poçt Filialının rəis müavini Arif Maqsudova, Şəki Radio Televiziya Yayımı Stansiyasının rəisi Paşa Yusubova, Antena – fider sistemləri laboratoriyasının rəisi Şakir Əmirova Azərbaycan Respublikasının "Tərəqqi" medalları verilib.
Daha sonra, 24 sentyabr - 01 noyabr tarixləri arasında Bakı şəhərində keçirilmiş Rabitəçilərin ənənəvi "Sağlamlıq – 2016" Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb. I, II və III yerləri tutan komandalar Fəxri Fərman və Kubokla, həmin komandaların üzvləri, habelə ayrı-ayrı idman növləri üzrə fərdi yarışlarda ilk üç yeri tutan idmançılar isə Fəxri Fərman və pul mükafatları ilə təltif olunublar. Qeyd edək ki, 9 idman növü üzrə keçirilən yarışlarda 1200-ə yaxın idmançı iştirak edib. Spartakiadanın yekununa görə ümumkomanda hesabında birinci yerin qalibi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İkinci yerdə Dövlət Radiotezliklər İdarəsi, üçüncü yerdə isə Bakı Telefon Rabitəsi İstehsalat Birliyi qərarlaşıb.
Bundan başqa, tədbir çərçivəsində "İKT üzrə ən yaxşı kitab", "İKT üzrə ən yaxşı elmi məqalə"nin müəyyənləşdirilməsi üçün keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
"İKT üzrə ən yaxşı elmi məqalə" nominasiyası üzrə birinci yerin qalibi Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Nərmin Rzayeva, ikinci yerin qalibləri AMEA-nın müxbir üzvü, Azərbaycan Milli Aviasiya Akademiyasının əməkdaşı Ağasi Məlikov, Bakı Dövlət Universitetinin texnika elmləri doktoru, prof. Ələkbər Əliyev olub. Üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin texnika elmləri doktoru Tofiq Mənsurov və Azərbaycan Texniki Universitetinin texnika elmləri doktoru, prof. Bayram İbrahimov qərarlaşıblar.
"İKT üzrə ən yaxşı kitab" nominasiyası üzrə birinci yerin sahibi Azərbaycan Memarlıq və İnşaat Universiteti texnika elmləri üzrə fəlsəfə doktoru dosent Namiq Əliyev, ikinci yer üzrə Qafqaz Universitetinin əməkdaşı Etibar Seyidzadə, üçüncü yer üzrə isə "ATL Group" şirkətinin əməkdaşı Camal Şahverdiyev mükafatlandırılıb.
"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi - informasiya cəmiyyətinə keçid"
mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri də tədbir çərçivəsində mükafatlandırılıb.
"Maraqlı Müəllif Yazısı" nominasiyası üzrə "AzerTac" İnformasiya Agentliyinin əməkdaşı Elvira Məmmədova, "İctimai TV"-nin əməkdaşı Şöhrət Eyvazov, "Mövqe" qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva, "www.modern.az" İnformasiya Agentliyinin əməkdaşı Namidə Bingöl, "Azadinform" İnformasiya Agentliyindən Leyla Məhərrəmova diplom və pul mükafatı ilə təltif olunublar.
Yazı müsabiqəsində birinci yerin qalibi "525-ci- qəzet"in əməkdaşı İsgəndər Həsənov, ikinci yerin qalibi "Trend" İnformasiya Agentliyinin əməkdaşı Hüseyn Vəliyev, üçüncü yerin qalibləri isə "Kaspi" qəzetinin əməkdaşı Aygün Asimqızı və "www.azvision.az" internet saytının əməkdaşı İlkin Nəcəfzadə olub. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.
Sonda qaliblərlə xatirə fotosu çəkdirilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL