Düşüncənin gücü ilə manipulyatoru idarə etməyə imkan verən texnologiya təqdim edilib
Son zamanlar alimlər beynin əmrləri ilə işləyən avtomatlaşdırılmış manipulyatorlar yaratmaqdan ötrü "beyin-kompüter" interfeysləri üzərində işləyirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Minnesota Universitetinin alimləri elektroensefaloqrafiya (EEQ) və kompüter təliminə əsaslanan beyin siqnallarının işlənməsi üzrə texnologiya hazırlayıblar. Bunu reallaşdırmaq üçün 64 elektrodla təchiz edilmiş yüksəktexnologiyalı şlemdən istifadə etmək lazımdır.
İlk sınaq zamanı yüksəktexnologiyalı şlemdən istifadə edən 8 sağlam könüllü iştirakçının əsas vəzifəsi ekrandakı kursoru idarə etmək olub. Bundan sonra kompüterə avtomatlaşdırılmış əl qoşulub.
Alimlərin müşahidəsinə görə, bütün sınaq iştirakçıları manipulyatordan uğurla istifadə ediblər və kubiklərin yerdəyişməsi məsələsini 80% yerinə yetiriblər.