waplog

Tırtıllı tikinti “3D” printeri inşaatçıların işini sürətləndirəcək


Niderlandın "CyBe" şirkəti tırtıllı platforma əsasında işləyən "3D" formatlı tikinti printeri təqdim edib. Bu barədə istehsalçının saytında dərc edilən məlumatda deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, əksər mövcud inşaat "3D" printerləri stasionardır və müəyyənləşdirilmiş ərazidən kənar çap edə bilmirlər. Adətən belə qurğular gələcək binanın kiçik fraqmentləri ilə işləyir və ya bütün tikinti ərazisini əhatə edən rama üzərində yığılır. "CyBe" şirkəti alternativ kimi mobil inşaat printerindən istifadəni təklif edib.

Məlumata görə, "CyBe RC 3Dp" adlanan qurğu "CyBe R 3Dp" tikinti printerinin modifikasiya edilmiş variantıdır. Sonuncunun konstruksiyasında stasionar əsas əvəzinə, hidravlik dayaqlarla təchiz edilən tırtıllı şassidən istifadə olunur. Onlar işdən əvvəl irəliləməyə başlayaraq manipulyatorun iş radiusunun 2,75 - 4,5 metr təşkil etməsini təmin edir.

Mobil printer tez quruyan qarışıqların 200-600 millimetr saniyə sürətində çapı üçün nəzərdə tutulub. Bu halda qatın qalınlığı 30 millimetrə çatır. Qurğu eyni anda iki operator tərəfindən idarə olunur və elektrik enerjisi ilə işləyir. Şirkət nümayəndələrinin sözlərinə görə, "CyBe RC 3Dp" işi stasionar analoqlarından daha tez görməyə imkan verir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL