NASA-nın elektromaqnit çantası yanğınsöndürənləri və xilasediciləri tapmağa kömək edəcək
NASA tərəfindən yanğınsöndürənlər və xilasedicilər üçün hazırlanmış elektromaqnit treker onları uçqun, mağara və başqa əlçatmaz yerlərdə tapmağa kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, texnologiyaların yanğınsöndürmə və başqa xilasetmə xidmətləri üçün insan həyatını xilas etməkdə yardım etməsinə baxmayaraq, daha bir problem mövcuddur. Mürəkkəb struktura malik yerlərdə xilasetmə xidmətinin üzvünün olduğu yeri necə müəyyənləşdirmək olar? NASA-nın mühəndisləri tərəfindən bu problemin həlli üçün hazırlanmış yeni qurğu yanğınsöndürənlərə və xilasedicilərə ən çətin vəziyyətlərdə kömək edəcək.
“POINTER” adlandırılmış qurğu kvazistatik elektromaqnit sahələr generatorudur, halbuki bu sahədə aparılan araşdırmaların əksəriyyəti radiodalğalardan istifadəyə əsaslanır. Kvazistatik sahələr bir sıra üstünlüklərə malikdir və obyektləri ən mürəkkəb yerlərdə axtarmağa imkan verir. Bundan başqa, belə sahələr obyektlərin məkanda oriyentasiyasını müəyyənləşdirməyə kömək edəcək ki, bu da insanın vəziyyətindən xəbərdar olmağa imkan verəcək.
İstehsalçılar sözügedən texnologiyanın ABŞ Daxili Təhlükəsizlik Departamentində uğurlu təqdimatından sonra qurğunu təkmilləşdirməyi və ölçüsünü kiçiltməyi planlaşdırırlar. Hazırda qurğunun ölçüsü çanta boydadır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL