Yosunlardan süni dəri yaradılıb
Çili Katolik Universitetinin (Santiago's Catholic University of Chile) professoru Tomas Eqan əsasını təmiz suda və dəniz ekosistemlərində rast gəlinən mikroyosunların təşkil etdiyi, prinsipcə, yeni süni dəri yaradıb. Digər süni dəri variantlarından fərqli olaraq yaşıl süni dəri fotosintez vasitəsilə oksigen, eləcə də genetik baxımdan modifikasiya edildikdə oksigenlə yanaşı, məsələn, sətəlcəmə qarşı və regenerasiya təsirli antibiotik və molekullar hasil edə bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, süni dəri yaradıcıları gec-tez onda qan damarlarının olmaması problemi ilə rastlaşırlar. Onlar mövcud olmadıqda isə dərini oksigenlə təchiz etmək qeyri-mümkündür. T.Eqan qeyd edib ki, süni dərinin oksigensiz bədənə necə uyğunlaşacağı və nə qədər ömür sürəcəyi naməlumdur. Professorun kəşf etdiyi mikroyosunlar dəridə 10 günədək yaşayır və bu müddət ərzində “transplantat” dəriyə yerləşdirilir və rəngini itirir. Professorun fikrincə, belə dəri vasitəsilə yanıqlardan tutmuş, açıq yaralaradək müxtəlif travmaları müalicə etmək mümkündür. O, havanın dəriyə daxil olmasına mane olmayaraq sağalmaya imkan verir və orqanizmə infeksiyanın düşməsini qoymur.
Belçikalı plastik cərrah Haydi Debels yosunlu dərini “yaradıcı həll” adlandırıb. O bildirib ki, adətən yaraya sarılan süni dəri zədələnmiş toxumalara oksigen və qidalı maddələri almağa mane olur, lakin professor T.Eqanın kəşfində bu çatışmazlıqlar aradan qaldırılıb. Artıq yosunlu dəri heyvanlar üzərində sınaqdan keçirilib və 2017-ci ildə insanların iştirakı ilə testlərin baş tutacağı gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL