waplog

Hollandiyalı alimlər dərmanların sintezi üçün süni yarpaq yaradıblar


Eyndhoven Texniki Universitetindən olan alimlər qrupu günəş enerjisi sayəsində dərmanların istehsalı üçün mini-laboratoriya rolunu oynayan süni yarpağın prototipini hazırlayıblar.

Süni struktur fotosintez prosesi sayəsində günəş enerjisinin formasını dəyişmək və kimyəvi reaksiyaları aktivləşdirmək qabiliyyətinə malik əsl yarpaqlara oxşar yaradılıb. Belə ideya yeni sayılmır, ancaq indiyədək oxşar həllər zəruri kimyəvi reaksiyaların aktivləşdirilməsi üçün kifayət qədər enerji hasil edə bilmirdi.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, hollandiyalı alimlər günəş batareyalarının effektivliyi üçün istifadə edilən lüminessensiya günəş konsentratorlarının (“LSC”) köməyi ilə bu problemi həll etməyə nail olublar. İşığa həssas xüsusi molekullar sayəsində bu materiallar daha çox günəş işığı udur və sonuncu sonra enerjiyə çevrilir.

Prototip üzərində keçirilmiş sınaqlar alimlərin gözləntilərini doğruldub. Buludlu hava şəraitində keçirilmiş sınağın nəticəsinə əsasən süni yarpaq “LSC”-siz analoqlarla müqayisədə 40% daha çox effektivliyə malikdir.

Süni yarpaq prototipinin yaradıcıları hesab edirlər ki, texnologiya dərmanların sintezi sahəsində böyük potensiala malikdir. Alimlərin fikrincə, belə mini-reaktorlardan hər yerdə istifadə etmək olar. Məsələn, onların köməyilə cəngəllikdə malyariya əleyhinə və ya Marsda paratsetamol dərmanı sintezləşdirmək mümkün olacaq.


Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL