waplog

2018-ci ildə elastik smartfonlar satışa çıxarıla bilər


"Kolon Industries" şirkətinin top-menecerlərindən biri "The Korea Herald" nəşrinə müsahibəsində deyib ki, 2018-ci ilədək 3-5 smartfon istehsalçısı "ağıllı" telefonlar bazarında elastik aparatlarını təqdim edə bilər, 2019-cu ildə Cənubi Koreyanın smartfon bazarında elastik qurğuların payı 20%-ə yaxınlaşa bilər.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru saytına istinadən yazır ki, "Phone Arena" nəşri yazır ki, "Kolon Industries" şirkətinin adı geniş kütləyə naməlum olsa da, ancaq sözügedən şirkət dünyada elastik displeylərdə şüşəni əvəz edən nazik plyonkaların yaradılması üçün lazımi rəngsiz polimidin yeganə kütləvi istehsalçısıdır. "Kolon Industries" şirkəti "Samsung" və "LG" şirkətlərinin tədarükçüsüdür, sonuncular elastik ekranların yaradılması üzərində aktiv işləyirlər.

Şirkətin polimid istehsalı üzrə bölməsinin direktoru Kanq Çunq-Seokun fikrincə, ilk elastik smartfonlar gələn il əlçatan ola bilər. Bu halda smartfonlarda elastiklik radiusu 5 mm təşkil edəcək.

Xatırladaq ki, cari ilin iyununda "Lenovo" şirkəti "OLED" ekranla təchiz edilmiş elastik smartfonların iki prototipini təqdim edib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL