waplog

Sürücüsüz avtomobillər üçün proqram təminatı hazırlayan mərkəz istifadəyə verilib


Bu il smartfon istehsalından imtina edərək proqram təminatının buraxılışına üstünlük verən Kanadanın “BlackBerry” şirkəti sürücüsüz avtomobil nəqliyyatı üçün həllərin hazırlanması ilə məşğul olacaq yeni tədqiqat mərkəzi açıb.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, Ottava şəhəri yaxınlığında yerləşən laboratoriyanın açılış mərasimində Kanada baş naziri Castin Trüdo və şirkətin baş direktoru Con Çen iştirak edib.

Məlumata görə, yeni mərkəz diqqəti şirkətin sürücüsüz avtomobillərdə istifadəsini planlaşdırdığı “BlackBerry QNX” platforması üçün proqram təminatının yaradılmasına yönəldəcək.

Platforma avtomobillərə insanların iştirakı olmadan hərəkət etməyə imkan verən hazır alqoritmlər təklif etmir və gələcəkdə robotlaşdırılmış avtomobillər üçün proqram təminatının əsasını təşkil edəcək. Baş direktor C.Çen tərəfdaşların adını açıqlamayaraq qeyd edib ki, artıq bir sıra istehsalçılar sürücüsüz avtomobillər üçün “BlackBerry QNX” platformasını tətbiq edir. 

“Avtomobil şirkətləri üçün proqram həllərinin yaradılması bizim üçün sürətlə artan biznes olacaq. Bu, yalnız başlanğıcdır. Bütün avtomobil istehsalçıları potensial baxımdan bizim müştərilərmizdir. Bizim çoxlu işçi məkanına ehtiyacımız var”, - baş direktor vurğulayıb.

Bildirilir ki, layihəyə investisiyaların həcmi təxminən 76 milyon dollar təşkil edəcək. Vəsaitin əksər hissəsi 600 mühəndisin işə qəbuluna sərf ediləcək.

Hazırda işçilərinin sayı 5 minə bərabər olan “BlackBerry” şirkətində beş il əvvəl 17 min nəfər çalışıb.  

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL