Süni intellekt və virtual reallıq: 2017-ci ilin 10 istehlak trendi
“Ericsson” şirkəti gələn ilin ən populyar istehlak trendləri haqda proqnoz verib.
“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, tədricən gündəlik həyatımıza daxil olan süni intellekt 2017-ci ildə əsas trend olacaq.
Süni intellekt tədricən gündəlik həyatımıza daxil olur
Vaxt ötdükcə daha çox insan öz gündəlik həyatında süni intellektdən istifadə etmək istəyir. İnternet istifadəçilərinin 35%-i süni intellekti öz iş assistenti, 25%-i isə öz rəhbəri rolunda görmək istəyir. Ancaq respondentlərin 50%-i süni intellekti təhlükəli hesab edir. Məsələn, bu texnologiya səbəbindən bir çox insanlar öz iş yerlərini itirəcək, çünki robotlar insanların funksiyasını asanlıqla yerinə yetirə biləcək.
“Əşyalar interneti”nin inkişafının sürətlənməsi
Mobil tətbiqlər həyatın bəzi aspektlərinin avtomatlaşdırılmasında aktiv istifadə olunur. Eyni zamanda, “əşyalar interneti”nin inkişafının sürətlənməsi müşahidə olunur. Respondentlərin 40%-i əmindir ki, müəyyən vaxtdan sonra smartfonlar öz sahiblərinin vərdişlərini öyrənərək bir sıra funksiyaları yerinə yetirə biləcək.
Sürücüsüz hərəkət edən avtomobillər
Tezliklə süni intellekt sürücüləri əvəz edəcək. Rəyi soruşulanların 25%-i sürücülərin süni intellektlə əvəzlənməsi ideyasını dəstəkləyir və hesab edirlər ki, bu, piyadalar üçün daha təhlükəsizdir. Sorğu iştirakçılarının 65%-i sürücüsüz avtomobil satın almaq fikrindədirlər.
Mürəkkəb reallıq
Respondentlərin 80%-i əmindir ki, üç il sonra virtual reallıq elə inkişaf səviyyəsinə yaxınlaşacaq ki, onu real dünyadan fərqləndirmək çətin olacaq.
İnsan orqanizmi üçün yeni çağırışlar
Respondentlərin proqnozuna görə, yeni texnologiyaların inkişafı insanların sağlamlığına mənfi təsir göstərəcək. Məsələn, virtual və artırılmış reallıq proqramlarından istifadə ürək bulanmasına səbəb olacaq və respondentlərin 33%-i müvafiq dərmanlar qəbul edəcəklər.
Təhlükəsizlik paradoksu
İnsanların əksəriyyətinin təhlükəsizliyə mühüm diqqət ayırmasına baxmayaraq, respondentlərin 60%-i smartfonlardan istifadənin risk daşıdığını etiraf edir.
Sosial bunkerlər
Sosial şəbəkələrin həyatımıza təsiri günbəgün artır. Sosial şəbəkələr internet istifadəçilərinin 34%-i üçün əsas xəbər mənbəyidir. Onların 25%-i sosial şəbəkədəki dostlarının fikrinə çox güvənirlər.
Şəxsi artırılmış reallıq
Respondentlərin 50%-dən çoxu artırılmış reallıq eynəyinə sahib olmaq istəyini dilə gətiriblər. Artırılmış reallıq eynəyindən istifadə üzrə mümkün variantlara qaranlıq sahələrin işıqlandırılması, təhlükə haqda bildiriş, ətraf mühitin qıcıq yaradan elementlərini dəyişdirmək və ya aradan qaldırmağı nümunə göstərmək olar.
Məxfilik məsələsi
Rəyi soruşulanların 30%-dən çoxu əmindir ki, internetdə daha məxfilik anlayışı mövcud deyil.
Yüksək texnologiyalar hamı üçün əlçatan olacaq
Ekspertlərin proqnozuna görə, 5 il sonra bütün internet istifadəçiləri 5 ən böyük İT şirkətinin məhsul və xidmətləri ilə təmin ediləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL