waplog

İstiliyi elektrik enerjisinə çevirmək üçün qurğu yaradılıb


ABŞ və Belçika tədqiqatçıları istilik enerjisini effektiv şəkildə elektrik cərəyanına çevirməyə imkan verən texnologiya təqdim ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, texnologiya müəlliflərinin sözlərinə görə, belə qurğular istilik enerjisinin daxili yanma mühərriklərinin işi üçün əlavə məhsul olmasına görə çox faydalıdır. “Bizim istifadə etdiyimiz enerjinin təxminən yarısı istilik şəklində atmosferə keçir. Bərk termoelektriklər bu enerjinin bir hissəsini qaytara bilərlər. Hərəkətli hissələrə malik olmayan belə qurğular köhnəlmir və xidmətin göstərilməsini tələb etmirlər. Təəssüf ki, indi onlar çox bahadır və geniş yayılma üçün kifayət qədər effektiv deyil. Biz məhz bunu dəyişmək üzərində çalışırıq”, - tədqiqat müəlliflərindən biri Stiven Buna bildirib.

Alimlər son işlərində nazik platin lövhələri əvəzinə Zeebek effekti sayəsində əvvəllər olduğundan daha güclü - bir neçə nanovoltdan onlarla və yüzlərlə nanovoltadək cərəyan verən platinin çiləndiyi nikeldən istifadə ediblər. Bu, az da olsa, əksər adi cihazlar üçün böyükölçülü və daha güclü qurğu yaratmağa kömək edə bilər.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL